• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Obama "axmaqdır" (FOTO)

  • Dünya
  • 2 Sentyabr 2014 00:55
  • 546 Baxış
Obama "axmaqdır" (FOTO)

Rusiyaya qarşı ciddi addım atmayan ABŞ prezidenti Barak Obama "axmaqdır".

ANS PRESS-in məlumatına görə, bu sözləri şahmat üzrə dünya çempionu, siyasətçi, hüquq müdafiəçisi, Nyu-York üzrə "Human Rights Foundation" təşkilatının sədri Harri Kasparov Time jurnalına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə Rusiya prezidenti Vladimir Putini dayandırmaq üçün əməli işə keçmək lazımdır.

"Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları çox gecikir. Qərb liderləri elə düşünür ki, bu gün Ukraynada baş verənlər lokal xarakter daşıyır və orada ciddi heç nə baş vermir. Ukraynanın suverenliyi, dövlət təhlükəsizliyi haqda Avropa yalnız bu ilin fevral-mart aylarında bəyanat yaymışdılar, çox-çox əvvələr isə Ukrayna ordusu mediaya sızdırmışdı ki, Rusiya ordusu sərhəddə çoxlu qoşun yerləşdirir. İndi də Ukrayna hakimiyyəti kömək üçün hamıya "yalvarır", qərb liderləri isə o köməyin nədən ibarət olacağı barədə baş sındırırlar. Hazırda Ukraynanın şərqində açıq döyüş gedir, rus tankları tank və artileriyanın köməkliyilə Ukrayna ordusunu bölgədən sıxışdırıb çıxarır. Barak Obama isə Ukrayna prezidenti Petro Poroşenko ilə görüşündə yenə də yalançı bəyanatlar verir ki, Ukrayna münaqişəsinin hərbi yolu yoxdur. Bu bəyanat cəfəngiyyatdan başqa bir şey deyil", - deyə Harri Kasparov vurğulayıb.


Harri Kasparov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR