“Ukraynanın silahlandırılması nüvə müharibəsinə gətirər”
Bizi izləyin

Dünya

“Ukraynanın silahlandırılması nüvə müharibəsinə gətirər”

Polşanın sabiq prezidenti, Nobel mükafatı laureatı Lex Valensa xəbərdar edib ki, Ukraynanın Avropa Birliyi tərəfindən silahlandırılması NATO-ya ölkələrlə Rusiya arasında nüvə müharibəsinə gətirə bilər.

Axar.az xəbər verir ki, bu barədə AFR agentliyi məlumat yayıb. Onun sözlərinə görə, tərəflər qarşı cəbhənin nüvə silahına malik olmasını gözəl anlayırlar.

Valensa həmçinin Ukrayna məsələsində Avropa Birliyinin ehtiyatlı mövqeyini təqdir edib. Onun sözlərinə görə, yersiz addım məsələlərin lap gərgin həddə çatmasına rəvac verər.

Xatırladaq ki, Valensa kommunist rejiminin dağılmasına səy göstərən polşalı nəhəng siyasi fiqurlardandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm