Donbasın genişmiqyaslı işğal planı – Gürcüstan ssenarisi
Bizi izləyin

Dünya

Donbasın genişmiqyaslı işğal planı – Gürcüstan ssenarisi

“Rusiya Donbas hövzəsinin genişmiqyaslı işğalına hazırlaşır”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergeyev bildirib.

Nyu-Yorkda mətbuat konfransı keçirən ukraynalı diplomat Rusiya nümayəndələrinin Donetsk və Luqansk vilayətlərində kütləvi şəkildə rus pasportlarını paylamağa başladığını deyib: “Rusiya Ukraynanın şərqinin işğalına hazırlaşır. Minskdə Ukrayna və Rusiya prezidentlərinin görüşündən sonra vəziyyət yalnız pisləşdi. Novoazovsk şəhərini işğal edən Rusiya tankları Mariupola tərəf hərəkət etdi. Onların irəliləməsinin qarşısını Ukraynanın silahlı qüvvələri və yerli sakinlər aldı. Bununla belə, Rusiya ərazisindən “Smerç” və “Uraqan” reaktiv yaylım atəş sistemlərindən Ukraynaya atəş davam edir”.

Onun sözlərinə görə, Ukrayna ərazisindən atəşin açılmasını keçən həftə ATƏT-in müşahidəçiləri də təsdiqləyib: “Rusiyanın son hərəkətləri Rusiyanın nəzarəti altında genişmiqyaslı işğala hazırlıqdan xəbər verir. Necə ki bu, Cənubi Osetiya və Abxaziyada baş verdi. Rusiyanın Donetsk və Luqansk vilayətlərində rus pasportlarını kütləvi şəkildə paylamağa başlayıb. Bu, Rusiya hakimiyyətinə “öz vətəndaşlarını müdafiə” adı altında Ukraynaya müdaxilə etməyə imkan verəcək”.

“Biz beynəlxalq cəmiyyəti Rusiya Federasiyasına təzyiq göstərməyə və onu təcavüz siyasətindən çəkindirməyə çağırırıq. Rusiyanın işğal siyasəti iyirmi birinci əsrdə tamamilə qəbuledilməz. Bütün dünyaya məlumdur ki, Ukrayna beynəlxalq hüquq sahəsində öz öhdəliklərinə ciddi riayət edir və bu gün qonşu dövlət tərəfindən təcavüzə məruz qalıb. Biz ümid edirik ki, nəhayət, razılıqların daimi pozmalarını dayandırmaq imkanı çıxacaq, əsirlərin və mülki şəxslərin qətlləri, Rusiya qoşunları və terrorçular tərəfindən təhsil müəssisələrinin və başqa infrastrukturun dağıdılması dayandırılacaq", - Ukraynanın BMT-dəki daimi nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, bu gündən başlayaraq Ukrayna antiterror gücləri ilə separatçılar arasında atəşkəs rejiminin tətbiq olunması gözlənilir. Ukrayna tərəfindən isə həyəcanlı xəbərlər gəlir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko dünən keçirdiyi mətbuat konfransında Rusiya Federasiyasından 120 ədəd zirehli texnikanın Luqansk vilayətinin Krasnodon şəhəri istiqamətinə hərəkət etdiyini bildirib.

Onun sözlərinə görə, hərbi texnikanın təxminən 1000 vahidi Rostov vilayətinin Kamensk və Şaxtinski şəhərləri, həmçinin Belqorod ərazisində qeydə alınıb. Bu ərazilər isə Luqansk vilayətinin Novopskovski rayonu ilə həmsərhəddir. “Bundan başqa, Ukrayna sərhədində batalyon-taktik qrupları və hava desant qoşunları yerləşdirilib”, - A.Lısenko deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm