Obama: “Rusiya verdiyi sözləri yerinə yetirməlidir”
Bizi izləyin

Dünya

Obama: “Rusiya verdiyi sözləri yerinə yetirməlidir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Barak Obama arasındakı görüş başa çatıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, liderlərin görüşü təxminən 1,5 saat davam edib.

Ərdoğan-Obama görüşü NATO-nun Uels sammiti çərçivəsində keçirilən ən uzun görüş olub.

Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik edən ABŞ prezidenti “Prezident Ərdoğan ittifaqımız üçün əhəmiyyətli bir liderdir” deyib. Obama Avropa ilə Yaxın Şərq arasındakı körpü vəzifəsinə görə Türkiyənin NATO-dakı əhəmiyyətini vurğulayıb.

Rusiyaya maliyyə sanksiyalarının davam edəcəyini söyləyən ABŞ prezidenti qeyd edib ki, Rusiya verdiyi sözləri yerinə yetirməli, Krımın ilhaqına son qoymalıdır.

ABŞ prezidentinin çıxışında əsas yeri “İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizə tutub. Sammitdə İŞİD-ə qarşı mübarizədə müxtəlif ölkələrdən dəstək aldığını deyən Obama ABŞ-ın etdiyi 100-dən çox hücumun terror təşkilatını sarsıtdığını bildirib.

“Con Kerri bölgədə əhəmiyyətli danışıqlar aparır. İraqdakı təcrübələrimiz göstərir ki, İŞİD-in çox ciddi hücum qabiliyyəti var. İraq ordusunun da ciddi şəkildə cavab verə bilmədiyini gördük. Buna görə də bölgə ölkələri ilə daha yaxın əməkdaşlığımıza ehtiyac var. İlk mərhələdə İŞİD-i geri çəkilməyə məcbur edəcəyik, daha sonra isə ləğv edəcəyik. Bütün məqsədimiz İŞİD-i yox etmək olacaq”, - ABŞ prezidenti vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm