Rusiya Estoniya polisini oğurladı - Gərginlik
Bizi izləyin

Dünya

Rusiya Estoniya polisini oğurladı - Gərginlik

Estoniya Təhlükəsilik Polisi (KAPO) əməkdaşının Pskov vilayəti sərhədi yaxınlığında bir qrup rus tərəfindən oğurlanmasına aydınlıq gətirilməsi üçün Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Yuri Merzlyakov təcili şəkildə Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə İTAR TASS informasiya agentliyi məlumat yayıb. Estoniya xarici siyasət idarəsindən verilən məlumata görə, insident ölkənin cənub-şərqindəki Luxama sərhəd keçid məntəqəsi yaxınlığında baş verib. Qeyd edilib ki, səhər saatlarında Rusiya ərazisindən gələn bir qrup silahlı şəxs xidməti işini yerinə yetirən KAPO əməkdaşına qarşı güc tətbiq edərək, onu naməlum istiqamətə aparıblar. Təcili bəyanat verən Estoniya Xarici İşlər naziri Urmas Paet hadisədən narahat olduqlarını və vətəndaşlarının təcili qaytarılması üçün Rusiyadan dəstək gözlədiklərini dilə gətirib.

Faktla bağlı cinayət işi açılıb. Məsəlyə reaksiya verən Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) isə Estoniya vətəndaşının agentura əməliyyatı aparılarkən yaxalandığını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm