• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Washington Post” Barak Obamanı “idiot” adlandırdı

  • Dünya
  • 6 Sentyabr 2014 17:54
  • 356 Baxış
“Washington Post” Barak Obamanı “idiot” adlandırdı

ABŞ prezidenti Barak Obama “The Washington Post” qəzetinin bugünkü baş məqaləsində kəskin tənqid olunub.

Virtualaz.org saytı xəbər verir ki, qəzet prezident Obamanın dünyadakı böhranlar qarşısında çarəsizliyini kəskin tənqid edir.

“Amerikalı jurnalist Ceyms Foulinin başı kəsiləndən sonra prezident Obama keçirdiyi ilk mətbuat konfransında İŞİD-ə qarşı necə mübarizə aparmaq strategiyasının olmadığını deyərək hamını heyrətə saldı. Ancaq bu, onun bəyanatının ən heyrətamiz və ən mühüm tərəfi deyildi.

Şübhəsiz ki, bu, idiotizmdir. Əgər sən azad dünyanın liderisənsə və sənin strategiyan yoxdursa, sən heç vaxt bunu ictimaiyyət qarşısında eetiraf etməyəcəksən.

Yeri gəlmişkən, Obama hazırda müttəfiqlərin yerüstü qüvvələri ilə birlikdə hava əməliyyatları strategiyasını nəzərdən keçirir” - deyə qəzet yazır.

Məqalədə daha sonra deyilir: “Obamanın İŞİD-ə qarşı hansı strategiya təklif edəcəyini hələ gözləmək lazımdır. Lakin onun Ukrayna strategiyası artıq məlumdur. O, bu ölkəni sadəcə olaraq taleyin ümidinə buraxdı. Obamanın avqustun 28-də keçirdiyi brifinqdə hamını şoka salan sözləri bu idi ki, Ukrayna sərhədlərini keçən rus tankları, minlərlə döyüşçüsü adi məsələdir və bunda yeni heç nə yoxdur. Onun sözlərinə görə, bütün bunlar bir neçə aydır baş verənlərin davamıdır.

Obama sanki öz laqeydliyini və fəaliyyətsizliyini xüsusi olaraq qabartmaq üçün dəfələrlə təkrar edirdi ki, Ukrayna probleminin hərbi həlli yoxdur.

Bu, əslində belədir. Ancaq Obama doğrudanmı anlamır ki, diplomatik həll yerlərdə qüvvələr balansı ilə diktə olunur? Ola bilsin Vladimir Putinin başlatdığı hərbi müdaxilədə Obama üçün yeni heç nə yoxdur, ancaq Ukrayna üçün bu, hər şeyi dəyişdirdi. Rusiya məğlubiyyətin astanasında idi. İndi Ukrayna məğlubiyyətin astanasındadır. Məhz buna görə Ukrayna kapitulyasiyaya bərabər atəşkəsi alqışlamağa məcburdur.

Bir ay əvvəl putinyönümlü separatçılar mühasirəyə alınmışdı və acınacaqlı vəziyyətdə idi. Onları Putinin cənub-şərq istiqamətindən həyata keçirdiyi müdaxilə xilas etdi. Nəticədə Ukrayna ordusu Luqanskdan və Donetskdən geri oturduldu, Rusiya zirehli texnikasının Ukrayna qüvvələrini darmadağın etdiyi bir vaxtda separatçılar öz mövqelərini bərpa etdi. Ancaq bütün bunlar kimi narahat edir?

Bu arada Putin artıq “Novorossiya” yaradaraq Ukraynanı özünə tabe edir və “Novorossiya”nın “dövlətçilik” məsələsi əlbəttə ki, diplomatik yollarla həll ediləcək. Bu hadisələr fonunda Obamanın Ukraynanı heç olmasa müdafiə xarakterli silahlar - atıcı silahlar, tank əleyhinə raketlər və zenit raketləri ilə təchiz etməməsini anlamaq olmur. Obamanın klassik Rusiya hərbi müdaxiləsi qarşısında heyrətamiz laqeydliyi təkcə ukraynalıları qıcıqlandırmır, eyni zamanda Şərqi Avropanı də əsəbiləşdirir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR