İşğalçının işğalçı ilə əvəzlənməsi, yoxsa ortaq işğal?
Bizi izləyin

Dünya

İşğalçının işğalçı ilə əvəzlənməsi, yoxsa ortaq işğal?

“Fələstinlilər öz dövlətləri ərazisində NATO kontingentini yerləşdirməyə hazırdır. Lakin heç vaxt burada İsrailin hərbi mövcudluğuna razı olmayacaqlar”.

Xəbər verildiyi kimi, bu sözləri dünən Fələstin lideri Mahmid Abbas “The New York Times” nəşrinə müsahibəsində deyib. “NATO qüvvələri istədikləri yerdə və uzun müddətə qala bilər. İstər şərq, istər də qərb sərhədində. Bir sözlə, üçüncü tərəf bizi və israilliləri müdafiə etmək üçün ərazimizdə qala bilər”, - deyə o vurğulayıb. Qeyd edək ki, hazırda ABŞ vasitəçiliyi ilə aparılan İsrail-Fələstin danışıqlarında Fələstin dövlətinin İsrailə verəcək təhlükəsizlik təminatları məsələsi ön plana çıxıb.

M.Abbas bildirib ki, İsrail ordusuna yalnız beş il dözməyə razıdır. Əvvəl isə muxtariyyət lideri İsrail ordusuna yalnız beş il dözməyə razı olduğunu deyirdi.

Rusiya Elmlər Akademiyasının əsas elmi işçisi Georgi Mirskiy “Nezavisimaya gazeta”ya açıqlamasında bildirib ki, M.Abbas Təl-Əvivə güzəştə gedir, çünki dalandadır. “Yerusəlimin taleyi ilə bağlı ziddiyyətlər davam edir, İordan çayının Qərb sahilindəki yəhudi qəsəbələrinin, həmçinin fələstinli qaçqınların taleyi qeyri-müəyyən olaraq qalır. Nə ABŞ, nə də Avropa partnyorları hansısa bir ümid verən dialoq mühitini yarada bilmədi. Ona görə də vəziyyət bu cür alındı ki, Yaxın Şərq probleminin nizamam salınması İsrail üçün ən mühüm problem deyil”, - rusiyalı ekspert söyləyib.

G.Mirskiy M.Abbasın nüfuzunun sürətlə aşağı düşdüyünü bildirib:

“Mahmud Abbas müstəqil olmayan BMT üzvü statusuna malik oldu, amma bu ona heç nə vermədi. Torpaq onun ayaqları altından gedir və onunla birlikdə FƏTH ilə Fələstin Azadlıq Təşkilatı tarixə bəxtsizlər kimi düşə bilər. Binyamin Netanyahunu razı salmaq mümkün deyil. Nəzərdən qaçırmayaq ki, son seçkilərdə sağlar xeyli üstünlük qazanıblar. Mahmud Abbas bu şəraitdə İsrail ilə yaxınlaşmağa qərar verdi”.

M.Abbas ilk dəfədir ki, NATO-nu Fələstinə dəvət edir. Ancaq onun təklifi Təl-Əviv üçün münasib deyil. “Beynəlxalq güclərlə bağlı bizim münasibətimiz son dərəcə şübhəlidir”, - İsrail tərəfi xəbərdarlıq edir.

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi İrina Zvyaqelskaya xatırladıb ki, xarici güclərin prosesə cəlb edilməsi məsələsi yalnız fələstinlilər deyil, digər beynəlxalq oyunçular tərəfindən də dəfələrlə qaldırılıb. Bildirilir ki, bu İsrailin təhlükəsizliklə bağlı narahatlığını aradan qaldıracaq.

“İsrail bu variant həmişə qəti surətdə qarşı çıxıb. Təl-Əviv edir ki, beynəlxalq güclər onun ordusundan fərqli olaraq İsrailin təhlükəsizliyini tam şəkildə təmin edə bilməz. Əlbəttə hazırda haqqında danışılan təşkilat NATO-dur. Ancaq mən əmin deyiləm ki, İsrail öz təhlükəsizliyini başqa güclərə, hətta NATO-ya etibar edəcək. İsrail əlavə zəmanətlər tələb edə bilər, məsələn müəyyən rayonlarda bundan sonra da qalmaq”, - “Nezavisimaya gazeta”ya Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi söyləyib.

Amerikalı ekspert Tomas Fridman də İsrail heç vaxt İordan çayının Qərb sahilində ABŞ və ya başqa beynəlxalq güclərin olmasına razı vermədiyini bildirir. Amma bir istisna var. İsrailin keçmiş baş naziri Ehud Olmert üçüncü güc variantına razı olduğunu deyən ekspert ondan fərqli olaraq B.Netanyahunun yenilməz olduğunu qeyd edir.

İsrailın qəti surətdə BMT missiyasına qarşı olduğunu bildirən analitiklər bundan fərqli olaraq NATO güclərinə etiraz etməyin Təl-Əviv üçün daha çətin olacağını ifadə edir. “Buna görə də təcili şəkildə NATO variantına blok qoymaq üçün tutarlı arqumentləri axtarmaq lazım olacaq. Güman etmək olar ki, İsrail bununla razılaşa bilər. Amma unutmaq olmaz ki, NATO güclərinin burada yerləşdirilməsi hələ Fələstin dövlətinin yaradılması anlamına gəlmir”, - T.Fridman vurğulayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm