Minlərlə yezidi Türkiyəyə girdi – İŞİD
Bizi izləyin

Dünya

Minlərlə yezidi Türkiyəyə girdi – İŞİD

İŞİD hücumlarına görə Sincardan qaçan yezidilər Türkiyəyə gedir.

Publika.az xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) zülmündən Sincar (Şənqal – red) bölgəsindən qaçan yezidilər Türkiyəyə pənah gətiriblər. Suriyanın Rojava və İraqın kürd bölgəsinə sığınan minlərlə ailə Avropaya getmək üçün axın-axın Türkiyəyə gəlir. Dünən 1300 nəfər Sırnakdan Türkiyəyə keçib. Əsgərlər sərhəddə təhlükəsizlik tədbirlərini gücləndiriblər. Bir müddət ailələrin axınına mane olsalar da, sonra onlara yol açılıb.

Dağlıq bölgədə ac və susuz qalan ailələr maşınlarla əvvəlcə Roboski kəndinə aparılıblar. Əsasən körpə, uşaq və qadınlardan ibarət ailələr əvvəlcə yeməklə təmin edilib, daha sonra isə rayon və kəndlərdə yerləşən sığınacaqlara aparılıblar. Onların sayı təxminən 1300 nəfərə yaxındır.

Xatırladaq ki, bir ayda Türkiyəyə 18 min yezidi axın edib. Türkiyəyə gedən ailələrin çoxu əsasən Avropaya getmək istəyir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm