Donbas separatçıları hansı xətlə maliyyələşir? – Təfərrüatlar
Bizi izləyin

Dünya

Donbas separatçıları hansı xətlə maliyyələşir? – Təfərrüatlar

Rusiyalı jurnalistlər Ukraynanın şərqindəki separatçıların maliyyələşdirilməsi ilə bağlı bir araşdırma aparıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, aparılan araşdırma Luqansk və Donetsk “xalq respublikaları”nın maliyyələşməsi sxemini ortaya qoyur.

Araşdırmaların nəticəsinə görə, separatçıların maliyyələşdirilməsinə Müqəddəs Böyük Vasiliy Fondu və rusiyalı biznesmen Konstantin Malofeyev başçılıq edir.

Qeyd edək ki, Konstantin Malofeyev barəsində Ukraynada həbs qərarı çıxarlıb. O. Həmçinin Avropa Birliyi və Kanadanın sanksiyaları siyahısına düşüb. Fond isə “Donetsk Xalq Respublikası” separatçı qurumu ilə rəsmi razılığa malikdir. Fondun baş direktoru Zurab Çavçavadze və “DXR”in “baş nazir”i Aleksandr Boroday 17 iyunda əməkdaşlıq haqqında razılaşma imzalayıb. “Bu təşkilat humanitar yardımın göstərilməsi üzrə fəaliyyəti öz üzərinə götürməyi təklif etdi və mən razılaşmanı imzaladım”, - Boroday bildirmişdi.

Malofeyev və “Novorossiya” adlandırılan humanitar fondu ilə əməkdaşlıq edir. “Novorossiya” informasiya agentliyinin məlumatına fond birbaşa “DXR”in keçmiş “müdafiə naziri” İqor Strelkova tabedir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm