ABŞ jurnalistini İŞİD-ə pulla satıblar – Şok iddia
Bizi izləyin

Dünya

ABŞ jurnalistini İŞİD-ə pulla satıblar – Şok iddia

İraq Şam İslam Dövləti (İŞİD) yaraqlıları tərəfindən başı kəsilərək öldürülən amerikalı jurnalist Steven Sotlofun ailəsi tərəfindən ortaya maraqlı bir iddia atılıb.

Axar.azHaberturk.com-a istinadən xəbər verir ki, ailənin sözçüsü Barak Barfi televiziyaya verdiyi müsahibədə 31 yaşlı jurnalistin Suriyaya girdiyi məlumatını terror təşkilatına verən müxaliflərəİŞİD-in bunun qarşılığında 25-50 min dollar ödədiyinə dair xəbər aldıqlarını iddia edib.

Ailənin sözçüsübildirib ki, Sotlof ailəsinin naməlum qaynaqlardan əldə etdiyi məlumata görə, suriyalı müxalif qrupun üzvü Sotlof haqqında İŞİD-ə məlumat verib.

Ağ Evdən isə açıqlama verilərək bu haqda məlumata sahib olmadıqlarını deyiblər. Ağ Ev sözçüsü Coş Örnest gündəlik keçirilən brifinqdə iddia ilə bağlı suala belə cavab verib: “Mənə verilən məlumatlara əsaslanaraq bunun doğru olduğuna inanmıram, bu mənim əlimdəki məlumatla uyğun gəlmir”.

Sözçü jurnalistin öldürülməsi ilə bağlı FTB-nin istintaqını davam etdirdiyini vurğulayaraq belə deyib: “Cənab Sotlofun İŞİD-in əlinə necə keçdiyi də daxil olmaqla bu hadisənin bütün detallarını araşdırırlar”.

Xatırladaq ki, Stivendən öncə daha bir amerikalı jurnalist - Ceyms Foley terrorçular tətəfindən qətlə yetirilmişdi. Bu hadisədən sonra Bəşər Əsədin köməkçisi Buseyna Şaban da jurnalistin Azad Suriya ordusu tərəfindən tutulduğunu, daha sonra İŞİD-ə satıldığını iddia etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm