Lavrov Azərbaycanın meyvələrindən danışdı
Bizi izləyin

Dünya

Lavrov Azərbaycanın meyvələrindən danışdı

Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov İTAR-TASS xəbər agentliyinə müsahibəsində Rusiyanın Qərbin sanksiyalarına cavab tədbirlərindən danışıb.

Publika.az-ın verdiyi xəbərə görə, rusiyalı nazir bir çox ölkələrin Avropa və ABŞ-ın Rusiya bazarındakı məhsullarını əvəz etməyi arzuladığını bildirib.

“Biz çox ölkələr var ki, ABŞ və Avropanın Rusiya bazarındakı məhsullarını əvəz etməyi arzulayırlar. Qiymətlər də mütləq münasib olacaq. Rusiya sadəcə olaraq Qərb ölkələrinin sanksiyalarına cavab verir. Bilirsiniz, səni sanki təqsirkar məktəbli kimi cəzalandırırlar. Amma Rusiya bu vəziyyətdə laqeyd qala bilməz”, - Lavrov deyib.

O qeyd edib ki, Avropa Birliyi, Norveç, Şimali Amerika və Avstraliyadan ərzaq idxalına qoyulan qadağanı çoxlarının düşündüyü kimi faciə hesab etmir: “Belə vəziyyətdə diribaş olmaq əhəmiyyətlidir. Biz Avropa Birliyi, Norveç, Şimali Amerika və Avstraliya məhsullarını əvəz tapmalı olacağıq. Azərbaycan, Ermənistan və Orta Asiya meyvə və tərəvəzləri Avropa məhsulları ilə müqayisədə daha dadlı, eyni zamanda keyfiyyətlidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm