• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

13 il sonra Qərb: Məktəblilər müsəlmanları “terrorçu” olaraq tanıyır

  • Dünya
  • 11 Sentyabr 2014 18:16
  • 462 Baxış
13 il sonra Qərb: Məktəblilər müsəlmanları “terrorçu” olaraq tanıyır

“11 sentyabrdan sonra bir çox Avropa ölkəsində müsəlmanlara qarşı ayrı-seçkilik və düşmənçilik adi hala çevrildi. Siyasətçilər və media islamofobiya atəşi üçün odun daşıdı”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər Türkiyənin “Aksiyon” jurnalında 11 sentyabr 2011-ci il hadisələrinin ildönümü ilə bağlı dərc olunan yazısında yer alıb.

Ayten Denizin müəllifi olduğu həmin yazını təqdim edirik.

Terror təşkilatı “Əl-Qaidə” tərəfindən ABŞ-a qarşı təşkil edilən hücumdan 13 il sonra Qərbdə islama qarşı münasibətdə nə dəyişdi? 2001-ci ildə Nyu-Yorkda təyyarələrin vurduğu Dünya Ticarət Mərkəzləri (Əkiz Qüllələri) yerlə bir olarkən, şübhəsiz ki, Qərbdə islamın sülh dini olması ilə bağlı yanaşma da yıxıldı. İslamofobiya getdikcə gücləndi. O günə qədər islam və müsəlmanlara nisbətən mülayim bir baxış hakim olduğu halda, hücumdan sonra mediada hər bir müsəlman potensial terrorçu hesab edildi. Müsəlmanlar haqqında çox məlumata sahib olmayan qərblilər onları mediada yazıldığı və göstərildiyi kimi tanıdı. Məsələn, Avstraliyanın Viktoriya ştatındakı məktəblilərin yarısından çoxu müsəlmanları “terrorçu” olaraq tanıyırdı.

Birmingem Universitetinin müəllim Kris Allen İngilis mətbuatında son on ildə İslam və müsəlmanlar barəsində yazılan 2,7 dəfə artmasına diqqət çəkir. Bu yazıların 90 faizində müsəlmanlar və islam mənfi formada təqdim olunur.

11 sentyabr hücumlarından sonra bir çox Avropa ölkəsində müsəlmanlara qarşı ayrı-seçkilik və düşmənçilik qanuni hala gəldi. Bu müddətdə islamofobiyanın genişlənməsində media ilə birlikdə siyasətçilərin də payı böyük oldu. Norveçdə 77 adamı öldürən Andres Breyvik hadisəsi Qərbdəki ifrat sağ meylli şəxslər və qrupları təşkilatlandırdığı kimi, avropalı irqçi partiyaların xalqı ayağa qaldıran ifadələri də olduqca təsirli idi. Məsələn, İsveç Demokrat Partiyasının başçısı Jimme Akesson “İkinci Dünya Müharibəsindən bəri islam bizim ən böyük xarici təhdidimiz” dediyi halda, Hollandiya Azadlıq Partiyasının lideri Geert Vilders də ondan geri qalmırdı. İslamın Hollandiya üçün iqtisadi böhrandan daha böyük bir problem olduğunu söyləyən Vilder hicabdan istifadə edənlərin vergiyə cəlb olunmasını belə təklif etmişdi.

Avropada müsəlmanların rahat şəkildə yaşadığı ölkələrdən biri olaraq tanınan Danimarkada da müsəlmanlar təhqiredici bir çox hadisələrlə qarşılaşdı. Danimarkanın “Jyllands Posten” qəzetinin Məhəmməd peyğəmbəri təhqir edən karikatura dərc etməsi hollandiyalı Vildersdən fərqli deyildi. Bələdiyyə seçkilərində Kopenhagen Böyükşəhər Bələdiyyə başçılığı üçün partiyasının namizədi olan Frevert səslərini artırmaq məqsədi ilə müsəlmanlara hücum edirdi. Polşalı bəzi siyasətçilərin mövqeyi də çox pis idi.

Bu ilin mart ayında Fransada bir məhkəmə, gənc bir mühəndisin nüvə obyektlərinə daxil olmasını qadağan etmiş, səbəb olaraq isə mühəndisin silahlı qruplarla əlaqəni göstərmişdi. Qərb artıq müsəlmanlara istədiyi zaman bir qulp qoya bilir. Bu isə müsəlmanları “görəsən, bundan sonra bizi nə gözləyir?” sualı ilə yaşamağa məcbur edir.

“Ərəb Baharı, “Boko Haram” və İŞİD –dən sonra müsəlmanların Qərbdə yapışacaq bir budağı qalmadı. Bu gün İŞİD “Əl-Qaidə” terror təşkilatının yerini daha qanlı bir şəkildə alıb. Bu terror mexanizmi çox millətli olsa da, dünyanın kütləvi nifrətini 11 sentyabr hücumlarından 13 il sonra bir daha təəssüf ki, islam və müsəlmanlara yönəltmiş oldu.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR