Dünya
Tomas de Vall: “Yerevanın Qərbə çıxışı bağlandı”
“Karneqi” fondunun Cənubi Qafqaz üzrə eksperti, britaniyalı jurnalist Tomas de Vall Ermənistanın Qərblə Rusiya arasında düşdüyü vəziyyəti şərh edib.
Publika.az xəbər verir ki, britaniyalı ekspertə
görə, bu gün Yerevan ümidlərini yalnız Qazaxıstan və Belarusa
bağlayıb.
“Kim Cənubi Qafqazı təmiz geosiyasi lövhə kimi görmək istəyirsə, o
məyus olacaq”,- deyən de Vall bildirir ki, Rusiyanın aşkar
narazılığına baxmayaraq, Ermənistan prezidenti Serj Sərkisyan
NATO-nun Uels sammitində iştirak etdi.
“Ermənistan Rusiya, Qərb və İran arasında manevr etməyə çalışırdı.
Bu gün əsas vektor Rusiyadır. Sentyabrın 3-də Sərkisyan ani
dəyişiklik edərək bildirdi ki, ölkəsi Avrasiya İttifaqına qoşulur.
Martda isə BMT-də Ermənistan Krım məsələsində Rusiyanı dəstəkləmiş
ölkələrin yanında idi. Buna baxmayaraq, manevr siyasəti qalırdı.
NATO-nun Uels bəyannaməsində ərazi bütövlüyünün müdafiə məsələsində
Azərbaycan, Gürcüstan, Moldova ilə yanaşı Ermənistanın da adının
salınması Sərkisyana minnətdarlıq jesti idi. Yəni o, Putindən
çəkinmədən cəsurluq etmişdi. Bundan başqa, Ermənistan hesablama
sistemlərində NATO ilə əməkdaşlıq edir. Buna paralel olaraq, Rusiya
müxtəlif yollarla Ermənistanda təsirini artırmağa çalışır.
Yerevanda Moskva Dövlət Universitetinin filialının açılışı buna son
təşəbbüs idi. Amma iki tərəf arasında müəyyən etibarsızlıq da var”,
- deyə T. Valla bildirir.
Fondun eksperti qeyd edir ki, 2013-cü ilin yayında Yerevan Avropa
Birliyi ilə Assosiativ Sazişin detallarını müzakirə etdiyi vaxt
qəfil dönüş edərək əks istiqaməti, Avrasiya İttifaqını seçdi: “Bu
gün ermənilər ümid dolu gözlərini Nursultan Nazarbayevlə Aleksandr
Lukaşenkoya dikib. Onların heç biri ittifaqa Ermənistanın
qoşulmasına etirazını gizlətmir. Ermənistan 800 adda gömrük
tariflərində güzəştlər ala bilərdi, amma Lukaşenko ittifaqın yeni
üzvləri üçün “istənilən xüsusi şərtlərin və ya statusun” tətbiqinə
etiraz etdi. İndi Yerevan manevr imkanlarını tükədir. Hətta
Avrasiya İttifaqı şəxsi ziddiyətlərin ağırlığı altında dağılsa da,
bundan sonra Ermənistan Brüssellə münasibətləri itirdi. Yəni,
bununla Yerevanın Qərbə çıxışı bir növ bağlandı”.
Asif Nərimanlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi