Türkiyə Qətərlə Strateji Məsləhət Şurası yaradır
Bizi izləyin

Dünya

Türkiyə Qətərlə Strateji Məsləhət Şurası yaradır

Türkiyə və Qətər Yüksək Səviyyəli Strateji Məsləhət Şurası yaradacaq.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə razılıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətər səfərində əldə olunub.

“Bu gün bizim üçün ən vacib addım Türkiyə-Qətər Yüksək Səviyyəli Strateji Məsləhət Şurasının yaradılmasıdır. Bizim Xarici İşlər Nazirliklərimiz məsələnin detalları üzərində işləyəcəklər. Ümid edirəm ki, hörmətli şeyxin Türkiyə səfəri zamanı müvafiq razılaşmanı imzalayacağıq”, - Ərdoğan deyib.

Qeyd edək ki, Qətər Ərdoğanın prezident seçilməsindən sonra rəsmi səfər etdiyi ikinci ölkədir. Türkiyə prezidenti 3 sentyabrda Azərbaycana səfər edib. Ərdoğanın 21-26 sentyabr tarixlərində ABŞ-a səfəri planlaşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm