Quran kurslarına hücum edildi
Bizi izləyin

Dünya

Quran kurslarına hücum edildi

Rəsmi mətbuat qeyri-qanuni olduğu iddia edilən dini təhsil mərkəzlərindən 190 uşağın “xilas olunduğunu” yazıb.

Publika.az xəbər verir ki, Çinin şimal-qərbindəki Sincar Uyğur Muxtar Vilayətində “qeyri-qanuni olaraq dini təhsil verdiyi və təbliğat apardığı” iddia edilən Quran kurslarına qarşı əməliyyatda 190 uşağın “xilas olunduğu” bildirilir. Sincan yerli rəsmi mətbuatının hüquq-mühafizə orqanlarına istinadən verdiyi xəbərə görə, Urumçi şəhərində “qeyri-qanuni təbliğat, dini fəaliyyət və dini internet yayımında” suçlanan 35 nəfər yaxalanıb. Şəhərin 26 nöqtəsindəki Quran kurslarını hədəf alan əməliyyatlar nəticəsində “47 qanunsuz fəaliyyətin çökdürüldüyü və 190 uşağın xilas edildiyi” qeyd edilib.

Son illərdə bölgədə meydana gələn bir çox hadisəni Çin hökuməti “radikal və bölücü qrupların fəaliyyəti” ilə əlaqələndirir. Amma mərkəzi və yerli idarəçilik bu hadisələrdəki həbslər, yaxalama və əməliyyatlarla əlaqədar ətraflı məlumat vermir. Uyğur qruplara əyalətdə uşaqların “mədrəsələrdə” təhsil almalarına izin verilmədiyi qeyd edilir.

Elə buna görə də ailələr uşaqlarını gizli olaraq dini təhsil verən Quran kurslarına göndərirlər. Çin hökuməti son vaxtlar ölkə daxilində “terrorla mübarizə” adı altında tədbirləri gücləndirir. Amma adətən, “bölücülükdə” ittiham olunan şəxslərlə əlaqədar ətraflı məlumat ictimaiyyətə çatdırılmır. Sadəcə, verilən cəzalar rəsmi media vasitəsi ilə ictimaiyyətə elan edilir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm