Vaşinqton İrana İraqda “vəzifə” verməyə hazırdır
Bizi izləyin

Dünya

Vaşinqton İrana İraqda “vəzifə” verməyə hazırdır

“İraqda vəziyyətin nizaman salınması üçün İran da daxil olmaqla hər ölkə öz rolunu oynaya bilər”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının İraqla bağlı iclasında ABŞ dövlət katibi Con Kerri bildirib.

C.Kerri beynəlxalq cəmiyyəti İŞİD təhlükəsinə qarşı birləşməyə çağırıb. “Biz bu terror təhlükəsinə son qoymaq üçün birləşməliyik. Əminəm ki, təhlükənin neytrallaşdırılması üçün bütöv qlobal şirkət lazım olacaq", - ABŞ dövlət katibi deyib.

Xatırladaq ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İraqla bağlı keçirilən Paris konfransına dəvət olunmamasından narazılığını ifadə edib. Nazirin sözlərinə görə, onun ölkəsi İŞİD terror qruplaşmasına qarşı mübarizədə əsas rolu oynaya bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm