Dünya
Britaniya qırıcıları Rusiya üçün havaya qalxdı
Böyük Britaniya qırıcıları Rusiyanın iki bombardmançı təyyarəsini ələ keçirmək istəyib.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın “The Daily Mail” qəzeti bildirib.
“Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin iki “Tayfun” qırıcısı Rusiyanın iki “Tu-95” strateji bombardmançını ələ keçirmək üçün Şotlandiyada Lossimaus hərbi bazasından havaya qalxıb”, - qəzet yazır.
Nəşrin məlumatına görə, radarlarla aşkarlanan Rusiya hərbi təyyarələri beynəlxalq hava məkanında olsa da, bilavasitə Böyük Britaniya sərhədləri yaxınlığında uçub.
Qeyd edək ki, “Tu-95” turbovintli strateji bombardmançı-raket daşıyıcısı istənilən hava şəraitində hədəfləri vura bilir. Bombardmançı təyyarələr qanadlı raketlərlə təchiz olunub.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu