Dağıstanda “silahlıların axtarışı” adı ilə yerli sakinlər tutulur
Bizi izləyin

Dünya

Dağıstanda “silahlıların axtarışı” adı ilə yerli sakinlər tutulur

Dağıstan Muxtar Respublikasının Qimri kəndində təhlükəsizlik qüvvələri tərəfindən kütləvi axtarışlar və soyğunlar həyata keçirilir.

Publika.az-ın mücahidlərə yaxın kavkazcenter.com saytına istinadən verdiyi məlumata görə, bu barədə yerli sakinlər sosial şəbəkələr vasitəsilə bildirir.

Məlumata görə, bütün bunlar “silahlıların axtarışı” adı ilə edilir. Müdaxilənin birinci günündə təhlükəsizlik qüvvələri 4 yerli sakini tutubdular. Onların taleyi haqqında indiyə qədər heç bir məlumat yoxdur. Yaxınlarına tutulanların Mahaçqalaya aparıldığı bildirilsə də, sonradan onların qaçdığı deyilib. Bu açıqlama isə insanları təşvişə saldı. Tutulanların öldürüldüyü barədə narahatlıq baş qaldırıb.

Yerli sakinlər bildirirlər ki, gecə ərzində bir neçə dəfə partlayış və atəş səsləri eşidilib. Ancaq atəşin birtərəfli olduğu deyilir. Tutulanların cəsədlərinin harasa atıldığını istisna etmirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm