Moskvadan ironiyalı cavab: “Poroşenkonun prezident olduğunu unudub”
Bizi izləyin

Dünya

Moskvadan ironiyalı cavab: “Poroşenkonun prezident olduğunu unudub”

Moskva və Kiyev arasındakı “müharibə” BMT Baş Assambleyasında da davam etdi.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Ukrayna baş naziri Arseniy Yasenyukun BMT tribunasından etdiyi çıxış tənqid edib.

“Yasenyuk çox ehtimal ki, Pyotr Poroşenkonun Ukrayna prezidenti olduğunu unudub. Hansı ki, son vaxtlar onun prezidenti ilə Rusiya prezident Putin arasında intensiv dialoq aparılır”, - deyə Çurkin vurğulayıb.

Xatırladaq ki, Ukrayna baş naziri A.Yasenyuk BMT Baş Assambleyasının 69-cu sessiyasında çıxışı zamanı Rusiyanın Ukrayna siyasətini tənqid edib. O, çıxışını Rusiya dövlət başçısına birbaşa müraciətlə tamamlayıb: “Cənab Putin, sizin qoşunlarınız müharibəni uda bilər, amma siz heç vaxt xalqa, vahid Ukrayna millətinə qalib gəlməyəcəksiniz”.

Omər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm