Koalisiya açıqladı: 140 ölünü yalnız 12-si suriyalı...
Bizi izləyin

Dünya

Koalisiya açıqladı: 140 ölünü yalnız 12-si suriyalı...

ABŞ beynəlxalq koalisiyanın 4 gündür Suriyaya davam edən hücumların nəticələrini açıqlayıb.

Axar.az xəbər verir ki, ABŞ liderliyində keçirilən əməliyyatlar nəticəsində 140-dan çox cihadçı öldürülüb. Öldürülən İŞİD-çilərin çoxunun xarici vətəndaşlar - əsasəı də Avropa, ərəb ölkələri, Çeçenistan və Türkiyədən Suriyaya keçən cihadçılar - olduğu bildirilir.

Suriya İnsan Haqları təşkilatının direktoru Rami Əbdürrəhman ölənlərin 84-nün İŞİD-çi, 57-nin isə Əl-Nüsra cəbhəsindən, yalnız 12 nəfərin Suriya vətəndaşı olduğunu vurğulayıb.

ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya və Bəhreynin də iştirak etdiyi beynəlxalq koalisiya 4 gün ərzində 30-dan çox əməliyyat keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm