FTB amerika jurnalistlərin qatilini müəyyənləşdirib
Bizi izləyin

Dünya

FTB amerika jurnalistlərin qatilini müəyyənləşdirib

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) amerikalı jurnalistlərin başını kəsən İŞİD üzvünün şəxsiyyətini müəyyənləşdirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə FTB-nin direktoru Ceyms Koumin bildirib.

Lakin o, mətbuat konfransında CeymsFoley və Stiven Sotloffun qatilinin adını açıqlamayıb.

Avqustun 24-də isə Böyük Britaniya mediası amerikalı jurnalist Ceyms Foleyin qatilinin adını açıqlamışdı. Hərbi kəşfiyyatın (MI5) və əks-kəşfiyyatın (MI6) informasiyasına istinadən şübhəli şəxsin 23 yaşlı Abdel-Məcid Abdel Bari olduğu bildirilirdi. Edamlardan az öncə o, “Twitter”də əlində kəsilmiş insan başını saxlayan formada görüntülənmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm