Məscidin altında içki məkanı açdılar- Foto/Video
Bizi izləyin

Dünya

Məscidin altında içki məkanı açdılar- Foto/Video

Macarıstanın Esterqon şəhərində 4 əsrlik tarixi olan Osmanlı məscidinin altında içki məkanı açılıb.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Osmanlı imperiyası dövründə 1605-ci ildə inşa edilən tarixi Öziçeli Hacı İbrahim məscidi 2007-ci ildə bərpa edilərək muzey kimi istifadəyə verilib.

İkimərtləbəli məscidin alt qatında spirtli içki satışıyla məşğul olan məkan fəaliyyətə başlayıb.

Xatırladaq ki, Qardaşlaşmış şəhər statusu ilə bağlı Esterqona imzalanma mərasiminə gedən İzmit bələdiyyə başçısı Nevzat Doğan dörd əsrlik bir tarixi olan məscidin alt qatında spirtli içki satılmasını tarixi dəyərlərə hörmətsizlik sayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm