Ermənistanın kriminal oliqarxiyası dövlətin kadr ehtiyatına çevrilib
Bizi izləyin

Dünya

Ermənistanın kriminal oliqarxiyası dövlətin kadr ehtiyatına çevrilib

Sentyabrda 25-də Ermənistan hökuməti Suren Xaçatryanın yenidən Sünik vilayətinin qubernatoru vəzifəsinə təyin edilməsi haqqında qərar verdi.

Publika.az-ın verdiyi xəbərə görə, erməni jurnalist Susanna Petrosyanın vestikavkaza.ru saytında dərc olunan bir yazısında bu təyinatın arxasında dayanan məqamlara toxunulub.

Onun sözlərinə görə, hökumətin qərar siyasi güclər, jurnalist təşkilatları, ekspertlər, ümumilikdə bütün vətəndaşlar üçün şok effekt yaradıb. S.Xaçaryan jurnalistlərə açıqlamasında bildirib ki, yenidən Sünik vilayətinin qubernatoru vəzifəsinə təyinat onun üçün heç də gözlənilməzlik olmayıb.

Sabiq xarici işlər naziri Aleksandr Arzumanyan isə hesab edir Xaçatryanın yenidən qubernator təyin edilməsi cəmiyyətə vurulan biabırçı sillə idi.

Qeyd edək ki, Qarabağ müharibəsi veteranı, “Döyüş Xaçı” medalı ilə təltif olunmuş, hakim Respublikaçılar Partiyasının üzvü və prezident Serj Sarkisyanın ən yaxın silahdaşlarından sayılan, “Liska” ləqəbli S.Xaçatryanın adı dəfələrlə kriminal hadisələrlə yanaşı çəkilib. Bu hadisələrdən sonuncusu hərbi hissə komandiri polkovnik 42 yaşlı Artak Budağyanın odlu silahla vurulması olub. O, Sünik vilayətinin mərkəzi Qorisdə iyunun ikisində S.Xaçatryanın bağ evi yaxınlığında vurulmuşdu. Cinayət işi üzrə istintaq çərçivəsində onun azadlığa buraxılmışdılar.

Qoris hadisəsi “Facebook” sosial şəbəkəsində şiddətli reaksiya doğurdu. Qubernatorun özünün istefası tələbi ətrafında isə təşəbbüs qrupu yaradıldı. Fəallar hakim partiya tərəfindən dəstəklənən S.Xaçatryanın bütün Sünik vilayətində “qorxu ab-havasını yaratmış, illər boyu özbaşınalıq” etdiyini xatırladır, qubernatorun istefasını və cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdilər. Tələblər qismən yerinə yetirildi, yəni Xaçatryan istefa verməyə məcbur edildi, lakin həbs edilmədi. İnsanlarının qəzəbinin soyumasını gözləyən erməni rəhbərliyi onu postuna qaytardı.

İrəvan Dövlət Universiteti Qoris filialının rektoru Yuri Safaryan deyir ki, vilayət sakinləri arasında ekstremal narazılıqla yanaşı, qorxu və laqeydlik atmosferi hökm sürür: “Bir halda ki, əhalinin əksəriyyəti öz etirazını ifadə edə bilmir, onlar vilayətdən, daha sonra ölkədən getməyə məcbur olacaqlar”.

Sünikdən olan sahibkar Tiqran Karapetyan bildirib ki, Xaçatryana təyinatından dərhal sonra vilayətin paytaxtındakı bütün investisiya proqramlarını dayandırıb. Onun sözlərinə görə, səs-küylü bir keçmişi olan bir neçə dəfə məhkumluq həyatı yaşayan Xaçatryanın yenidən qubetnator postuna qaytarılması cəmiyyəti şoka salıb.

S.Petrosyan hesab edir ki, hakimiyyətin təkrar istehsalı siyasi proseslərin ayrılmaz hissəsinə çevrilib: “Hansı ki, bu proses Ermənistanda hakimiyyəti dəyişməyə heç vaxt icazə vermir. Təkrar istehsal prosesində cinayətdə adı hallanan müxtəlif dərəcəli məmurlar aktiv iştirak edir. Hakimiyyətin mövcud sistemi rejimin müxtəlif mərtəbələrində təmsil olunan nümayəndələrin qazandığı sərvətin müdafiəsi mexanizmini qurub. Bu şərait ölkəni idarə edən elitanın birləşməsi üçün ən əhəmiyyətli amillərdən biridir”.

"Lıska” Ermənistanı idarə edən sisteminin əsas fiqurlarından biri hesab edilir. Onun bu sistemdən kənarda qalması mümkün deyil”, - 1in.am saytının siyasi müşahidəçisi Ovannes Mandakuni hesab edir.

Onun fikrincə, siyasi hakimiyyət hələ Robert Köçəryanın prezidentliyi dövründə də kriminal-oliqarxiya elitasının nümayəndələrini dəstəkləyirdiyirdi: “Kriminal-oliqarxiya elitasının həm iqtisadi, həm də mənəvi-psixoloji dəstək seçkilərdə lazımı nəticənin qazanılmasında və hakimiyyətin təkrar istehsalında əsas rol oynayır. Kriminal-oliqarxiya sisteminin parlaq nümayəndəsi olan Xaçatryan hakimiyyətin ən əhəmiyyətli qalalarından birini təşkil edir. Ola bilsin ki, sabiq-qubernatorun qayıdışı ilə sistem daxilində inkişafın yeni mərhələsi başlayır”.

Siyasi müşahidəçilərin fikrincə, 2016-cı ildə keçiriləcək konstitusiya dəyişiklikləri üzrə referendum ərəfəsində hakimiyyətə etibarlı insanlar lazımdır. Bu məntiqə əsaslanan bir sıra ekspertlər hesab edir ki, prezident Serj Sarkisyanın növbəti addımı Gümrünün sabiq meri Vardan Qukasyanın hakimiyyətinə qaytarılması ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm