ABŞ Honkonq üçün maksimal muxtariyyəti dəstəkləyir
Bizi izləyin

Dünya

ABŞ Honkonq üçün maksimal muxtariyyəti dəstəkləyir

ABŞ Honkonq üçün maksimal muxtariyyəti dəstəkləyir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə bu barədə Çinin xüsusi inzibati ərazisində davam edən etirazları şərh edən ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bildirib.

“ABŞ Honkonq hakimiyyətini təmkinli olmağa və etiraz aksiyalarının iştirakçılarına öz baxışlarını sakit şəkildə ifadə etməsinə imkan yaratmağa çağırır. Biz baza qanunvericiliyinə uyğun olaraq Honkonqun hüquqlarının genişləndirilməsini dəstəkləyirik. Biz Honkonq xalqının ümidlərini dəstəkləyirik. Düşünürük ki, maksimal muxtariyyətin Honkonqun çiçəklənməsi üçün lazımdır", - deyə Ağ Evin nümayəndəsi vurğulayıb.

C.Ernest həmçinin qeyd edib ki, ABŞ seçkilərin keçirilməsi ilə bağlı etirazçıların tələbini dəstəkləyir.

Xatırladaq ki, Honkonqda polislə toqquşmalarda ən azı 38 nümayişçi zərər çəkdilər. Nümayişin dağıdılması üçün polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Nümayiş iştirakçıları yerli administrasiya rəhbərliyinin xalq tərəfindən birbaşa seçilməsini tələb edir. Honkonq rəhbərliyi hazırda seçicilər kollegiyası tərəfindən seçilir. İyun ayında fəallar on günlük onlayn-referendum keçirib. Referendumda təxminən 800 min insan iştirak edib. Rəsmi Pekin buna qarşı çıxış çıxır və referendumu hüquqi gücünün olmadığını bildirir. Bundan sonra isə Honkonqda seçki sisteminin dəyişdirilməsi ilə bağlı nümayişlər keçirildi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm