Separatçılar Moskvadan himn istədi
Bizi izləyin

Dünya

Separatçılar Moskvadan himn istədi

“Donetsk Xalq Respublikası” seperatçı qurumu himnin yazılması üçün Rusiya mədəniyyət xadimlərindən kömək istəyib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə seperatçı qurumun “mədəniyyət naziri”nin vəzifələrini icra edən Yuri Lekstutes bildirib.

“Bizdə hələlik rəsmi himn yoxdur. Buna görə də Rusiya Yazılçılar İttifaqı və Rusiya Bəstəkarlar İttifaqına müraciət etmişik”, - o, deyib.

Bundan əvvəl isə “Novorossiya parlamenti”nin spikeri Oleq Çarev İosif Kobzona “Novorossiya” himnini yazmağı təklif edib. O.Çarev avqustun 13-də “DXR”in gələcək bayrağı kimi Rusiya imperiyasının bayrağından istifadə etməyi təklif edib.

İyulun əvvəlində “Novorossiya parlamenti” dövlət bayrağı, gerb və himnin yaradılmasına üçün açıq müsabiqə elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm