Kamerondan əsgərlərə təşəkkür ziyarəti
Bizi izləyin

Dünya

Kamerondan əsgərlərə təşəkkür ziyarəti

İngiltərənin baş naziri Devid Kameron ölkəsinin Cənubi Kiprdəki hərbi bazasına baş çəkib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, səfərin məqsədi İraqdakı İŞİD əməliyyatında istifadə olunan hərbi bazada vəziyyəti yoxlamaqdır.

Səfər çərçivəsində hərbi bazanın silah arsenalına iki “Tornado” reaktivi əlavə olunacaq. İngiltərənin Cənubi Kiprdə hazırda 6 “Tornado” reaktivi var.

Baş nazir Kameron ingilis əsgərlərlə görüşüb və İŞID terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlarda vəzifə yerinə yetirən əsgərlərə təşəkkür etmək üçün Kiprə gəldiyini ifadə edib. Hərbi əməliyyatın İraqda insanların həyatları qurtarmaq baxımından əhəmiyyətli olduğuna inandığını deyən baş nazir “İŞID yalnız İraqı və Suriyanı deyil, eyni zamanda, İngiltərənin küçələrindəki insanları təhdid edir. Ona görə də buradayıq” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm