Kürd lider bir ildən sonra Türkiyəyə gəldi
Bizi izləyin

Dünya

Kürd lider bir ildən sonra Türkiyəyə gəldi

PKK terror təşkilatının Suriya qolu hesab olunan PYD-nin lideri Saleh Müslim Türkiyəyə gəlib.

Publika.az Türkiyə mediasına istinadən verdiyi məlumata görə, təşkilat sədri Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Selahəttin Demirtaş ilə baş nazir Əhməd Davudoğlu ilə görüşüb.

Görüşlərdə Kobanidəki vəziyyət və iki tərəfin bir-birindən gözləntiləri müzakirə olunub.

PYD-nin lideri bir il idi ki, Türkiyəyə gələ bilmirdi. İki gün əvvəl isə kürd dilində fəaliyyət göstərən avestakurd.net xəbər saytı PYD liderinin Finlandiyaya qaçdığını iddia etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm