Poroşenko qərarını verdi
Bizi izləyin

Dünya

Poroşenko qərarını verdi

“Ukraynanın dövlət sərhədlərinin dəyişdirilməsi haqqında heç bir danışıqlar aparıla bilməz”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

Ukrayna prezidentinin sözlərinə görə, ölkənin şərqində dövlət sərhədinin dəyişdirilməsi heç vaxt ticarət obyekti olmayacaq.

“Ukraynanın dövlət sərhədi beynəlxalq müqavilələrlə qeyd edilən, dünya cəmiyyətinin tanınığı yerlərdən keçəcək. Dövlət sərhədi Ukraynanın ərazi bütövlüyünün müstəqilliyinin əsas elementidir. Heç bir ticarət və Ukrayna sərhədinin yerdəyişməsi haqqında razılıqdan söhbət gedə bilməz”, - deyə Ukrayna prezidenti vurğulayıb.

P.Poroşenko sərhəd siyasətində hakimiyyətin mövqeyinin dəqiq və dəyişməz olduğunu qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm