Suriya müxalifəti strateji yüksəkliyi rus kəşfiyyatından aldı
Bizi izləyin

Dünya

Suriya müxalifəti strateji yüksəkliyi rus kəşfiyyatından aldı

Suriyanın paytaxtı Dəməşq yaxınlığında müxalifət silahlıları tərəfindən strateji hündürlükdə Rusiya-Suriya birgə radiolokasiya kəşfiyyat mərkəzi aşkar edilib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Azadlıq” radiosu bildirib.

Suriya müxalifəti ölkə ərazisində Rusiya mütəxəssislərinin işlədiyini göstərən çoxlu sayda sənədləri və başqa predmetləri foto və videolarla faktlaşdırıb. Dərc edilən şəkillərdə Suriyanın kəşfiyyatı və Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) emblemləri, Suriya və Rusiya mütəxəssislərinin birgə işi barədə stend, yüksək vəzifəli Rusiya kəşfiyyatçılarının Suriyaya səfərlər əksini tapıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm