Yezidi xanımlar İŞİD haqda: “Xristian qadınlar bizdən baha idi”
Bizi izləyin

Dünya

Yezidi xanımlar İŞİD haqda: “Xristian qadınlar bizdən baha idi”

İŞİD əsirliyindən azad olan 5 yezidi qadın başlarına gələni avropalı jurnalistlərə nəql edib.

Axar.az xəbər verir ki, yezidi qızlar İŞİD-in Şimali İraqda beş minə qədər gənc qızı və qadını qaçırdığını bildirib.

10-20 yaş arasında olan bu gənc qızlar 23 gün əsirlikdə olub. Onların sözlərinə görə, terrorçular hücum edərkən onların qarşısına şərt qoyublar: “Avqustun əvvəlində kəndimizə hücum etdilər. Müsəlmanlığı qəbul etmək üçün bizə 2 gün vaxt verdilər. Əks halda, ölümlə hədələdilər. Kəndin əksər hissəsi islamı qəbul etmədi. Buna görə də bizi məktəbə yığdılar. Kişiləri və qadınları ayırdılar, qruplara böldülər. Bu qruplarda ailə üzvlərimiz var idi. Daha sonra onları görə bilmədik…”

Əsirliyin birinci günü…

“İlk gecə təxminən iki saat yata bildik. Gecə dörddə bizi Mosula aparmaq üçün yenidən qaldığımız baraka gəldilər. Onlardan biri kiçik bacımdan örtüyünü çıxarmağı tələb etdi. Anam hirsləndi: “Qızlarımdan nə istəyirsən?” - dedi. Dediyini etməsə, bacımı öldürəcəyini dedi. Sonra anamı döyə-döyə apardılar…”

Əsirlikdə olduqları zaman təxminən 165 qadının və 400-ə yaxın kişinin İŞİD əsirliyində olduğunu bildirən yezidilər kişilərin tez-tez edam edildiyini deyib:

“Kişiləri hara apardıqlarını bilmirdik. Bir dəfə kənardan silah səsləri eşitdik. Bir terrorçudan bu səslərin haradan gəldiyini soruşdum. Tanımadıqları bir avtomobilə atəş açdıqlarını söylədi. Amma sonradan bildik ki, əsirləri güllələyiblər”.

Mosulda “qadın” bazarı

Həyatlarının ən çətin 23 gününü əsirlikdə keçirdiklərini deyən yezidi qadınlar Mosul şəhərində terrorçuların “qadın” bazarı olduğu barədə məlumat verib. Onların sözlərinə görə, burada qadınların fotoşəkillərinə baxmaq və qiymətlərini bilmək olur: “Bizi Mosula apardılar. İraqın ikinci böyük şəhəri olan Mosul iyundan bəri İŞİD-in əlindədir. Orada, bəlkə də, dünyanın ən böyük qul bazarı var. Burada ancaq qadınlar satılır. Qadınların fotoşəklinə baxmaq və qiymətlərlə maraqlanmaq olar. Xristian qadınlar yezidilərdən baha qiymətə satılırdı. Bunu bizim kimi İŞİD-dən qaçan qadınlar deyirdi. Ümumiyyətlə, qadınlar qaçırıldıqdan dərhal sonra təcavüzə uğrayır. Cihadçılar qadınları öncə öz aralarında bölüşür. Daha sonra bazarda satıb digər qadınları alırlar”.

Qaçırılan 5 min qadından yalnız 43-nün geri döndüyünü deyən keçmiş əsirlər terrorçuların istənilən vaxt pul müqabilində qadınları azad etdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm