Venesiya Komissiyasının 100-cü plenar sessiyası keçiriləcək
Bizi izləyin

Dünya

Venesiya Komissiyasının 100-cü plenar sessiyası keçiriləcək

2014-cü ilin 10-11 oktyabr tarixlərində Romada Qanun vasitəsilə Demokratiya naminə Avropa Komissiyasının (Venesiya Komisiyası) 100-cü plenar sessiyası keçiriləcək.


Publika.az-a bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.


Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev qurumun yubiley sessiyasına qatılacaq və tədbirin açılış hissəsində Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi adından çıxış edəcəkdir.


Səfir çərçivəsində nazir müavini Mahmud Məmməd-Quliyevin İtaliya Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi də nəzərdə tutulub.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm