Lavrov sanksiyaları avropalı biznesmenlərlə müzakirə edəcək
Bizi izləyin

Dünya

Lavrov sanksiyaları avropalı biznesmenlərlə müzakirə edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov 14 oktyabrda Rusiyada Avropa Biznes Assosiasiyasının üzvləri qarşısında çıxış edəcək.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Moskvada keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı avropalı biznesmenlərlə Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ikitərəfli əməkdaşlığına təsirini müzakirə edəcək. Bu cür formatda görüş iki ildən bir keçirilir. Sonuncu görüş 2012-ci ilin oktyabrında keçirilib.

S.Lavrovun 14 oktyabrda həmçinin Parisdə ABŞ dövlət katibi Con Kerri ilə görüşü planlaşdırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm