Türkiyə Suriya sərhəddinə əlavə tanklar göndərdi
Bizi izləyin

Dünya

Türkiyə Suriya sərhəddinə əlavə tanklar göndərdi

Türkiyənin qərbindən şərqinə tank transferi davam edir. Bu gün Türkiyənin Trakya bölgəsindən göndərilən tanklar İstanbulu keçib. Tank yüklü “TIR”lar Avropa yaxasından Anadolu istiqamətinə keçib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Türkiyənin Suriya sərhədi və cənub-şərqdə baş verən hadisələrlə əlaqədar bölgəyə tanklar göndərilib. 15 tankla yüklənmiş “TIR”lar karvan şəklində Boludan keçib.

Türkiyənin qərbində olan hərbi birliklərindən “TIR”lara yüklənən 15 tank bölgəyə göndərilmək üçün yola düşüb. Tankların yükləndiyi “TIR”lar Bolu dağı ətrafında olan bir alış-veriş mərkəzində qısa fasilə verib. Karvan yolunda əsgərlər təhlükəsizlik tədbirləri görüblər. Tankların olduğu hərbi karvan daha sonra bölgəyə getmək üçün yola çıxıb. Avtoyolla gedən tanklar sürücülərin də diqqətini cəlb edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm