Dünya
Krımdan 100 diversant Donbasa keçib
Krımda hərbi təlim keçən 100 nəfərlik silahlı qrup Ukraynanın Luqansk vilayətinə keçib.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.
Hərbi ekspertin sözlərinə görə, silahlı qrup yaxşı silahlarla təchiz edilib.
Bundan əvvəl isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası informasiya mərkəzinin rəhbəri Andrey Lısenko Rusiya diversantların hazırlanması üçün Krımda hərbi bazanın yaradıldığını bildirib. Onun sözlərinə görə, bazada təlim alacaq diversantlardan Ukraynanın materik hissəsində terror aktların törədilməsində istifadə olunacaq.
A.Lısenko qeyd etmişdi ki, Rusiya Ukraynanın şərqinə muzdluların göndərilməsi və toplanması üçün Krımın ərazisindən istifadə etməkdə davam edir.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu