• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Putin Avstraliyada “imtahan” verəcək

  • Dünya
  • 13 Oktyabr 2014 14:01
  • 1 053 Baxış
Putin Avstraliyada “imtahan” verəcək

Gələn ay Avstraliyanın Brisben şəhərində keçiriləcək “Böyük iyirmiliyin” (G20) sammitində Rusiya prezidenti Vladimir Putin çətin suallara cavab verməli olacaq.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avstraliyanın baş naziri Toni Ebbott Putinin “Malayziya hava yolları” şirkətinin MH17 reysilə üçan “Boeing-777” təyyarəsinin qəzaya uğraması barədə suala cavab verəcəyini bildirib.

Bundan əvvəl Avstraliyanın maliyyə naziri Co Xoki Rusiya prezidentinin sammitdə iştirak edəcəyini deyib. Onun sözlərinə görə, Avstraliyada “Boeing-777” təyyarəsinin qəzası ilə bağlı Putinlə dürüst dialoq gözləyir. Sentyabrın əvvəlində isə Avstraliya “G20” liderlərinin görüşündə Rusiyanın iştirakına qadağa qoyula biləcəyini demişdi. “The Australian Financial Review” qəzeti yazırdı ki, ABŞ dövlət katibi Con Kerri və ABŞ müdafiə naziri Çak Hegel Rusiya prezidentini sammitə dəvət etməmək ideyasını bəyənib.

Dünən isə Avstraliyanın maliyyə naziri “ABC” teleradiokorporasiyasına müsahibəsində Putinin sammitdə iştirakını gözlədiyini söyləyib.

Xatırladaq ki, Amsterdam-Kuala-Lumpur xətti ilə uçan “Boeing-777” sərnişin təyyarəsi 17 iyul 2014-cü ildə Donetsk vilayətində qəzaya uğrayıb. Qəzada ölən 298 nəfərdən 38-i Avstraliya vətəndaşı olub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR