Türkiyə BMT TŞ-na seçilmədi
Bizi izləyin

Dünya

Türkiyə BMT TŞ-na seçilmədi

BMT Təhlükəsizlik Şurasının beş qeyri-daimi üzvündən dördü seçilib.

Publika.az xəbər verir ki, Anqola, Venesuela, Malayziya və Yeni Zelandiya 2015-2016-cı illər üçün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçiliblər. Baş Assambleyada gizli səsvermə yolu ilə keçirilən seçkilərdə dörd ölkə BMT-yə üzv dövlətlərin zaldakı nümayəndələrinin üçdə iki hissəsinin səsini toplaya bilib.

,

Anqola 190, Venesuela 181, Malayziya 187, Yeni Zelandiya 145 səs yığıb.

Daha bir yerin taleyi hələ həll olunmamış qalır. Həmin yerə iki ölkə - Türkiyə və İspaniya iddia edir. Səsvermənin birinci raundunda onlar 129 səs baryerini aşa bilməyiblər. Bununla əlaqədar seçkilərin ikinci turu elan olunub.

İkinci turda isə Türkiyə 73, İspaniya isə 120 səsə yığıb. Bu nəticəyə görə, səsəvermədə üçüncü tur keçirilib.

3-cü turda isə 132 səsə toplayan İspaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm