İŞİD yenə hədələdi: "Hamısının başını kəsəcəyik" - VİDEO
Bizi izləyin

Dünya

İŞİD yenə hədələdi: "Hamısının başını kəsəcəyik" - VİDEO

“İslam Dövləti” (İŞİD) terror qruplaşmasının yeni videosunda danışan İŞİD-in ingilis üzvü “qətliam” açıqlaması yayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, videoda həmçinin Suriya və İraqda olan, ingilis, fransız və alman dillərində danışan İŞİD üzvləri Qərb əsgərlərini təhdid edib.

Bölgəyə göndəriləcək Qərb əsgərlərini öldürmək üçün səbirsizliklə gözlədiklərini deyən terrorçular “kimi göndərirsiniz göndərin, hamısının başını kəsəcəyik” söyləyib. Videoya danışan İŞİD üzvlərinin heç biri maskadan istifadə etməyib.

Cənubi İngiltərə ləhcəsi ilə danışan ingilis cihadçının adı Abu Abdullah al-Britani olaraq açıqlanıb. Kameraya danışan digər şəxslər Fransa və Almaniya vətəndaşları olduqlarını bildirib.

Al-Britani bölgəyə göndəriləcək Qərb əsgərlərinin “Allahın izni ilə hamısını öldürəcəyik” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm