• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Rusiya və Çinə ABŞ və NATO-nun zərbə ehtimalı

  • Dünya
  • 17 Oktyabr 2014 20:01
  • 1 077 Baxış
Rusiya və Çinə ABŞ və NATO-nun zərbə ehtimalı

Pentaqonun prioritetləri: ABŞ Rusiya və Çinlə müharibəyə hazırlaşır

ABŞ müdafiə nazirinin birinci müavini Robert Uork bu posta təyinatından beş ay sonra Beynəlxalq Münasibətlər üzrə Şuranın üzvləri qarşısında çıxış edərək indiki mərhələdə Pentaqonun həll etməli olduğu məsələlərdən danışıb. Pentaqonun ikinci şəxsin nitqində ən diqqətçəkən o idi ki, Moskva və Pekin ABŞ və NATO-nun silahlı zərbələrini gözləyə bilər. Yəni, hərbi müəssisənin rəhbərliyi bunu tamamilə istisna etmirdir.

Pentaqonun prioritetləri

“Bizim bu gün qəbul etdiyimiz qərarlar ən yaxın iki onillikdə ABŞ Müdafiə Nazirliyinin simasını formalaşdırır, bizim sülh və böhran işində yaşayacağımıza əhəmiyyətli dərəcədə təsir edəcək”, - deyə Uork bildirib. O, deyib ki, bu gün ABŞ-ın əsas hərbi planları “qabaqcıl rayonlarda” Amerika qoşunlarının genişləndiriilməsi və onların maddi-texniki təminatının yaxşılaşdırılmasından ibarətdir. Bundan başqa, ABŞ ordusu lazımı qlobal portativliyə və kəşfiyyat bölmələrinin lazımı miqdarına malik olmalıdır.

Göstərilən hədəflərə çatmaq üçün Uorkun sözlərinə görə, əhəmiyyətli vaxt tələb olunur. R.Uork həmçinin bildirib ki, hazırda strateji vəziyyətə uyğun olaraq ABŞ ordusunun inkişafı bir neçə prioritetlə təyin edilib. Hər şeydən əvvəl Pentaqon əsas diqqətini Asiya-Sakit okean regionunda cəmləmək niyyətindədir. İkincisi, ABŞ Müdafiə Nazirliyi bütün mümkün vasitələrlə istifadə edərək Avropa və Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin saxlanılması üçün Ağ Ev siyasətinin sərt xəttini həyata keçirmək niyyətindədir. Bundan başqa, Pentaqon ekstremizm və terrorçuluqla mübarizə üçün ordunun inkişafını davam etmək niyyətindədir.

Pentaqonun ikinci adamı qeyd edib ki, mübahisəli beynəlxalq məsələlər üzrə Rusiya və Çinlə diplomatik qarşılıqlı əlaqələr davam etdirilməlidir. Amerikalı general eyni zamanda bildirib ki, son zamanlar Ukraynada Rusiyanın təcavüzkar siyasəti, Pekinin isə Moskvanın bu təcavüzkar siyasətinə dəstəyi ABŞ-ı və onun NATO-dakı müttəfiqləri mübahisəli məsələlərin həllinə hərbi vasitələrlə hazır olmalıdır. Düzdür, Uork “hərbi vasitələr” deyən adi, yoxsa nüvə silahından söhbət getdiyini açıqlamayıb.

"Onlar öz sərhədlərinə yaxın ərazilərdə mövqelərini möhkəmləndirilər. Onların bizim müttəfiqlərimizə qarşı istənilən hərəkətlərinə hərbi cavab imkanını nəzərdə saxlamaq lazımdır. NATO-nun üzvlərinə istənilən hücum Amerikanın tam dəstəyinə gətirib çıxaracaq. Onlar bilməlidir ki, ABŞ müttəfiqlərinə yönələn təhdidlərə hərbi metodlarla cavab verə bilər", -deyə Uork vurğulayıb.

O, həmçinin əlavə edib ki, Moskva və Pekinin bu tendensiyaları Vaşinqtondan strateji planlaşdırmanın hazırlanmasını tələb edir: “Artıq bu gün strateji səviyyədə müəyyən etmək lazımdır ki, Amerika iki çox güclü regional dövlətlə necə işləmək niyyətindədir. Vaşinqton yollar tapmalıdır ki, Moskva və Pekinə özünü sakit aparmağa imkan verəcək.

Cavab: “ABŞ İŞİD-in öhdəsindən belə hələ bilmir”

"Vaşinqton Rusiyaya bütün vasitələrlə göstərməyə çalışır ki, Kremllə münasibətlərdə diplomatiyanın düzgün metodları tətbiq etmək niyyətindədir. Ancaq faktlar göstərir ki, ABŞ tamamilə başqa addımlara təşəbbüs edir. Ağ Ev özünün hərbi bazaları ilə Rusiyanı mühasirəyə götürmək niyyətindədir və artıq bu istiqamətdə olduqca fəal işləyir”, - deyə Rusiya xüsusi xidmət orqanlarının nümayəndələrindən biri bildirib.

ABŞ-ın yaxın vaxtlarda dərc edilmiş “Milli kəşfiyyatın strategiyası”ndan Rusiya xüsusi xidmət orqanlarının nümayəndəsi deyib ki, çox sürətli templərlə inkişaf edən Çin ordusunun müasirləşdirməsi Vaşinqtonun böyük narahatlığına səbəb olur.

“Milli kəşfiyyatın strategiyası”nı hazırlayan Amerika kəşfiyyatının strateqləri artıq Rusiyanı özünün tamhüquqlu partnyoru adlandırmırlar: “Ehtimal ki, Amerika Rusiyanın sərhədlərində özünün hərbi potensialını genişləndirməkdə davame dəcək. Uork bildirmədi ki, hərbi zərbələr hansı xarakter daşıyacaq. Bu gün Amerika adi vasitələrlə hətta İraq və Suriyada “İslam Dövləti” terror qruplaşmasının döyüşçülərin öhdəsindən gələ bilmir. Amerikanın nüvə bombaları və raketlərsiz Rusiya və Çinlə vuruşması sadəcə olaraq mümkün deyil. Mən güman edirəm ki, Pentaqonun ikinci adamının müharibə çağırışları Ağ Ev, Dövlət Administrasiyası və Pentaqon tərəfindən yumşaldılacaq. Axı heç kim Üçüncü Dünya Müharibəsini istəmir. Hamı, hətta Amerikada Rusiyanın ən qatı düşmənləri əla anlayırlar ki, hadisələrin belə inkişafı bəşəriyyətin məhvinə gətirib çıxaracaq”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR