Lavrov sanksiyalarının hədəfini açıqladı
Bizi izləyin

Dünya

Lavrov sanksiyalarının hədəfini açıqladı

"Qərb sanksiyalarının hədəfi əsas və ən prinsipial məsələlər üzrə Rusiya Federasiyasını mövqeyini dəyişdirməyə məcbur etməkdir”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrov NTV telekanalına müsahibəsində bildirib.

"Rusiyaya qarşı sanksiyalar tətbiq edən partnyorlarımız gizlətmirlər ki, bu ölçülərin hədəfi Ukrayna deyil. Faktiki olaraq, onların bəyanatları və hərəkətlərdə həqiqi hədəf görünür - Rusiyanı dəyişdirmək, bizim üçün prinsipial məsələlər üzrə mövqeyimizi dəyişdirməyə və Qərbin mövqeyini qəbul etməyə məcbur etmə”, - deyə Rusiya xarici işlər naziri deyib.

S.Lovrovun fikrincə, belə davranış ötən əsrlərin, keçmiş dövrün müstəmləkə inersiyasının düşüncəsidir.

“Müasir dünyada dünya sisteminin çoxqütblü nizamı formalaşdırılır. Mümkün deyil ki, ölkələrin hansısa bir qrupu başqalarına öz iradəsini diktə etsin. Anlamaq lazımdır ki, müasir dünyada digər güc mərkəzlərinin dəstəyi olmadan problemləri həll etmək olmaz. Terrorizmə və yoluxucu xəstəliklərə qalib gəlmək mümkün deyil”, – deyə vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm