AKP-çi Gülənlə məzələndi - FOTO
Bizi izləyin

Dünya

AKP-çi Gülənlə məzələndi - FOTO

AKP-çi millət vəkili Şamil Təyyar, Fətullah Gülənin “paralel dövlət” deyən cənnətə gedə bilməz” sözlərinə rixşənd edib.

Publika.az “Sözçü”yə istinadən xəbər verir ki, Türkiyənin hakim partiyası AKP-nin Qaziantep millət vəkili Şamil Təyyar, Fətullah Gülənin son videosundakı nitqini məsxərəyə qoyub. Belə ki, Şamil Təyyar “Tvitter” sosial şəbəkəsində Güləni nəzərdə tutaraq yazıb: “Bir qarğış ilə hökumətə üç gün vaxt qoyanlar qarğış hökmsüz olduğu üçün cənnətə bilet satmağa başlayıblar”.

Xatırladaq ki, Gülən hərəkatının lideri olaraq tanınan və 1999-cu ildə Türkiyədən ABŞ-a gedərək elə o vaxtdan Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin yeni bir videosu yayımlanıb.

Videoda Gülən hərəkatının dünya üzrə sayını açıqladıqdan sonra "bütün hamımıza “paralel dövlət” deyənlərin halallıq almadıqca cənnətə gedə bilməyəcəklərini" deyib.

Gülənin nitqində mövzu ilə əlaqədar sitatı təqdim edirik:

“Məsələn, hərəkatın, təxminlərə görə, bütün dünyada 15-20 milyona qədər üzvü var. Bunların hamısına birdən “paralel dövlət” dediyiniz zaman, “zəli” dediyiniz zaman, hətta söyüş söydünüz zaman günah etmiş olursunuz. O qədər insandan “haqqını halal elə” deyib, hamısından halallıq almadıqca, onların cənnətə getməsi mümkün deyil. Onsuz da, Allah o qədər şeyi onlara lütf etməz”.

Qeyd edək ki, Türkiyədə keçən ilin dekabrında “17 dekabr əməliyyatları” kimi tanınan və bir çox nazir övladlarının həbs olunduğu əməliyyatdan sonra Ərdoğan, Fətullah Gülən hərəkatını “paralel dövlət” adlandırıb.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm