Sabiq nazir: “Ukrayna keçmişindən ayrıla bilmir”
Bizi izləyin

Dünya

Sabiq nazir: “Ukrayna keçmişindən ayrıla bilmir”

“Ukrayna seçiciləri 26 oktyabrda yalnız ölkəsinin taleyini deyil, həm də Avropanın əhəmiyyətli hissəsinin taleyini həll edəcəklər”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri İsveçin keçmiş xarici işlər naziri Karl Bildt “Novıy region” nəşrində dərc etdiyi məqaləsində yazıb.

İsveçli siyasətçi Ukraynanın bütün post-sovet dövlətləri içərisində ən pis nəticələri qazandığını, korrupsiyanın istehsal potensialını məhv etdiyini bildirib. O, Ukraynanı qonşusu Polşa ilə müqayisə edib: “Ukraynanın müstəqillik qazandığı ilk illərdə iqtisadi nəticələrdə Polşa ilə müqayisə gözə çarpmırdı. Hər iki ölkədə adambaşına düşən ümumi daxili məhsulun göstəricisi eyni idi. Bu gün isə Polşa Ukraynanı üç dəfədən çox qabaqlayır”.

2004-cü ildə baş verən “Narıncı inqilab”ın ukraynalıların əksəriyyəti üçün uğrsuz olduğunu deyən sabiq xarici işlər naziri keçmişlə istənilən qırılmanın olmadığını deyib. O, bunu ölkənin yeni liderlərinin arasında siyasi qarşıdurmalarla izah edib.

Zəiflədilmiş Rusiyanın belə yaxın gələcəkdə güclü hakimiyyətə malik olacağını qeyd edən isveçli siyasətçi bildirib ki, yalnız güclü və qətiyyətli Ukrayna Rusiyanın ambisiyalarının qarşısını ala bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm