Dünya
Azərbaycanlıların da olduğu batalyon Ukrayna ordusuna təlim keçir
“Biz Ukraynada sizin döyüşçülərlə öz təcrübəmizi bölüşürük”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə “Cövhər Dudayev batalyonu”nun komandirinin köməkçisi Amina Okuyeva çıxış edib.
O, “Dudayev batalyonu”nun Ukraynada hələlik xüsusi əməliyyatlarda iştirak etdiyini söyləyib. “Segondya.ua”yə açıqlama verən komandir müavini hazırda sülhə əməl etdiklərini bildirib:
“Biz Ukraynada sizin döyüşçülərlə öz təcrübəmizi bölüşürük. Yəni burada instruktur rolunu oynayırıq. Hələlik hərbi əməliyyatlarda iştirak etməmişik. Dudayev batalyonu yalnız xüsusi əməliyyatlarda iştirak edir. Hazırda batalyonun üç dislokasiya olunduğu bölgə var. Bu dəqiqə sülhü qoruyuruq. Ruslar təəssüf ki, buna əməl etmirlər. Biz burada ona görəyik ki, hazırda təkcə Ukraynanın yox digər ölkələrin də taleyi həll olunur”.
Qeyd edək ki, “Dudayev batalyonu”nun komandiri Cövhər Dudayev və Aslan Masxadov dövründə “Çeçen İçkeriya Respublikası”nın eks Daxili İşlər naziri olmuş İsa Munayevdir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu