“Sağ sektor” Mərkəzi Seçki Komissiyasını ruslardan qoruyacaq
Bizi izləyin

Dünya

“Sağ sektor” Mərkəzi Seçki Komissiyasını ruslardan qoruyacaq

Ukraynanın millətçi “Sağ sektor” təşkilatı Ali Radaya seçkilər günündə Mərkəzi Seçki Komissiyasının mühafizəsini təmin edəcək.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “112 Ukrayna” telekanalının efirində “Sağ sektor”un sözçüsü Borislav Bereza bildirib.

Bundan başqa, telekanalın məlumatına görə, “Sağ sektor"un nümayəndələri Kiyevdə seçki məntəqələrini mühafizə edəcək. Daxili İşlər Nazirliyi isə seçki günündə ictimai asayişin təmin olunmas üçün 82 min milis ayırıb. Ukraynanın şərqində isə bu məsələlərin icrasına həmçinin Milli Qvardiyanın cəlb ediləcəyi deyilir.

Xatırladaq ki, Ukrayna Ali Radasına növbədənkənar parlament seçkiləri 26 oktyabrda keçiriləcək.

Bir neçə gün əvvəl isə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya Ukraynanın Rusiya Federal Təhlükəsizlik Xidmətinin gizli planını üzə çıxardığını bildirib. O qeyd edib ki, Rusiya xüsusi xidmət orqanları Ali Radaya seçkilər günündə Kiyevdə təyyarəni partlatmaq, həmçinin Mərkəzi Seçki Komissiyası və Nazirlər Kabinetini atəşə tutmaq istəyirdi.

Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları 24 oktyabrdan başlayaraq Ali Radaya seçkilər keçiriləcək günə qədər “Kiyev xalq respublikası” adından vərəqələr yaymaq istəyirdilər. Milli Təhlükəszilik Xidmətinin mətbuat katibi Rusiya Federasiyası vətəndaşı 1992-ci il təvəllüdlü Sergey Rastrıqin yaradılmış qrupa rəhbərlik etdiyini deyib.

“Cinayətkar qrup dövlət hakimiyyəti orqanları ilə yanaşı, nəqliyyat və kommunal təsərrüfat müəssisələrində diversiyaları və terror aktlarını keçirməyi planlaşdırırdı. Bu məqsədlə Rusiya Federasiyası xüsusi xidmət orqanı Kiyevdə gizli ünvan tutublar. Burada tank əlehinə qumbaraatanlar, reaktiv odsaçanlar və qumbaralar aşkarlanıb. Ukrayna Milli Təhlükəszilik Xidmətinin əməkdaşları müəyyən edib ki, Rusiya xüsusi xidmət orqanları qruplaşmaya planın icrası üçün 64 min 200 dollar verib”, - deyə Yelena Qitlyanskaya deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm