Ukrayna hərbçiləri Luqanskda böyük itki verdi – VİDEO
Bizi izləyin

Dünya

Ukrayna hərbçiləri Luqanskda böyük itki verdi – VİDEO

Başı Ukrayna Ali Radasına keçirilən seçkilərə qarışan rəsmi Kiyev Luqansk vilayətində ciddi itki ilə üzləşib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko separatçıların Smeloe rayonunda yerləşən 32-ci posta hücum etdiyini bildirib.

Separatçıların sentyabr ayının əvvəlindən blokpostu ələ keçirmək üçün hücumlarını davam etdirdiyini vurğulayan Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmisi 32-ci blokpostun artıq Ukrayna hərbi qulluqçularının blokpostu hesab edilmədiyini dilə gətirib. A.Lısenko bu müddət ərzində antiterror güclərinin 10-da çox hərbçisinin həlak olduğunu deyib.

Bundan əvvəl isə xəbər yayılmışdı ki, 32-ci blokpostda xidmət aparan Ukrayna hərbçilər artıq bir neçə gündür ac-susuz mühasirədədir. Separatçıların blokposta gedən bütün yolları minaladığı və mühasirəyə alınmış hərbçilərə su çatdırılmasına belə imkan vermədiyi qeyd olunurdu.

Ukrayna prezidenti Pyotr Poroşenko isə 26 oktyabrda bildirmişdi ki, mühasirəyə alınan 32-ci blokpost içməli su ilə təmin edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm