Rusiyanın ən zəngin etnosları - Siyahı
Bizi izləyin

Dünya

Rusiyanın ən zəngin etnosları - Siyahı

Rusiyada ölkənin ən zəngin 200 adamının etnik tərkibi təhlil edilib.

Publika.az-ın lenta.ru saytına istinadən verdiyi məlumata görə, Rusiyanın ən zəngin insanlarının siyahısında etnik ukraynalılar və yəhudilərin ümumi kapitalı 192,7 milyard dollar təşkil edib.

Etnik rusiyalılar isə 165 milyard kapitala malikdirlər. Yəhudilər 122,3, ukraynalılar isə 70,4 milyard dollar kapitalla sonrakı yerləri tuturlar. Siyahı “Forbes” jurnalının “Rusiyanın 2014-cü ildə ən zəngin 200 biznesmeni” siyahısı əsasında hazırlanıb.

Rusiyanın ən zəngin 200 biznesmeni arasında 22 etnos yer alıb.

2014-cü ildə Rusiyanın ən zəngin biznesmenləri arasında yer alan etnoslar aşağıdakı qruplara ayrılır:

1. "Böyük üçlük": rusiyalılar, yəhudilər və ukraynalılar.

2. “Orta tərkib”: tatarlar, ermənilər, dağ yəhudiləri, azərbaycanlılar, inquşlar, çeçenlər, osetinlər və özbəklər.

3. "Tək nümayəndələr": avarlar, ərəblər, beloruslar, yunanlar, gürcülər, kabardinlər, qazaxlar, kürdlər, ləzgilər, litvalılar və moldavanlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm