Dünya
“Qanuni oğrular” Ukrayna biznesini nəzarətə almağa çalışırlar” – Kiyevdən yeni müharibə anonsu
Ukrayna Daxili İşlər Nazirliyinin tədqiqatçıları “qanuni oğru”ların Kiyevin mərkəzindəki bir mehmanxanada keçirilən yığıncağına mane olub.
Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər naziri Arsen Avakov “Facebook” səhifəsində yazıb.
A.Avakov qeyd edib ki, şam yeməyində bir araya gələn üç “qanuni oğru” saxlanılıb. Nazirin sözlərinə görə, "qanuni oğru”lar Ukraynada nüfuz sahələrinin yenidən bölüşdürülməsi məsələlərini həll etməyə çalışırdılar.
Həbs olunanlar Kutaisinin 38 yaşlı sakini “Vatiya” ləqəbili “qanuni oğru”, "Batumi Lavasoqli" ləqəbi 33 yaşlı "qanuni oğru" və “Suxumi” qruplaşmasının nümayəndəsi 43 yaşlı “Quqa” ləqəbli “qanuni oğru”dur. Batumi Lavasoqli" il yarım ərzində Ukrayna ərazisində 4 dəfə saxlanılıb. Məlumata görə, “qanuni oğru”ların Kiyevdə keçirdiyi toplantıda kömürün çatdırılması, Ukraynada sərnişin daşınmaları və kəhrəbanın qeyri-qanuni ölkədən çıxarılması sahələrində nüfuz dairəsinin bölüşdürülməsi xüsusi müzakirə mövzusu olub.
“Onlar hazırda reallaşdırılan xarici təcavüzdən istifadə etməklə Ukrayna biznesini kriminal nəzarəti altına almağa çalışırlar. Amma biz kriminal qruplaşmaların nümayəndələrini deportasiya edirik. Ukrayna hakimiyyəti “qanuni oğru”ların nəzarətində olmayacaq. Bu, yeni bir müharibədir və bizdə qələbə üçün kifayət qədər güc var”,- deyə Ukrayna daxili işlər naziri qeyd edib.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu