• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Fələstin: “Məscid-i Aksanın qapadılması müharibə elanıdır”

  • Dünya
  • 30 Oktyabr 2014 17:12
  • 437 Baxış
Fələstin: “Məscid-i Aksanın qapadılması müharibə elanıdır”

Fələstin dövlət başçısı Mahmud Abbas İsrailin Məscid-i Aksanı müsəlmanların üzünə bağlaması qərarını “müharibə elanı” kimi dəyərləndirib.

Publika.az “Aksam.com.tr”yə istinadən xəbər verir ki, İsrail polisi radikal sağçı yəhudi din xadiminin Qərbi Qüdsdə silahlı hücum zamanı ağır yaralanması səbəbindən Məscid-i Aksanın bütün müsəlmanlar üçün qapalı olduğunu bildirib. Polis bunu bəzi radikal sağçı yəhudi qrupların kütləvi şəkildə Məscid-i Aksaya yürüş qərarı verməsi ilə əlaqələndirib.

Fələstin dövlət başçısı Mahmud Abbas İsrailin verdiyi qərarın müharibə elanı olduğunu bildirib.

Xatırladaq ki, İsrail polisi radikal sağçı yəhudi din xadiminin Qərbi Qüdsdə silahlı hücum zamanı ağır yaralanması səbəbindən Məscid-i Aksanın bütün müsəlmanlar üçün qapalı olduğunu bildirib. Polis bunu bəzi radikal sağçı yəhudi qrupların kütləvi şəkildə Məscid-i Aksaya yürüş qərarı verməsi ilə əlaqələndirib.

Buna görə də turistlər və yəhudilər də daxil olmaqla, heç kimin Aksaya girişinə icazə verilməyəcək. Yəhudi din xadimi silahlı hücuma məruz qaldığı üçün İsrail polisinin bir fələstinlini öldürdüyü də bildirilib.

Məsələyə dair İsrail Daxili İşlər Nazirliyinin sözçüsü Miki Rosenfeld “tvitter” hesabından bu cür açıqlama verib: “Terrorla mübarizə polisi Əbu Torda (Qərbi Qüds) bir evi mühasirəyə alıb. Şübhəli şəxs güllələnərək öldürülüb”.

Öldürülən fələstinlinin 32 yaşlı Mutaz Hicazi olduğu qeyd olunur.

Qabil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR