ABŞ: "Bəşər Əsəd vəhşi olduğunu bir daha göstərdi"
Bizi izləyin

Dünya

ABŞ: "Bəşər Əsəd vəhşi olduğunu bir daha göstərdi"

ABŞ Suriyada 3 il yarımdır davam edən müharibə ucbatından didərgin düşən insanların məskunlaşdığı düşərgənin bombalanmasına sərt reaksiya verib.

Publika.az xəbər verir ki, Dövlət Departamenti hökumət qüvvələri tərəfindən qaçqınların düşərgəsinə bomba atılmasını vəhşilik adlandırıb

Departamentin sözçüsü Cen Psaki deyib ki, ABŞ hökuməti hücumun detallarını təsdiqləməyib. Amma xəbərdən olduqca narahatdır.

Qeyd edək ki, Suriyaya məxsus hərbi helikopterlərin İdlib vilayətində qaçqın düşərgəini bombalaması nəticsində 10 nəfərin öldüyü bildirilir.

BMT-nin açqılamasına görə, Suriyanın hökumət qüvvələri yüksək dağıntıya qadir silahlardan istifadə edir və mülki vətəndaşlara qarşı çən bombaları da daxil olmaqla ağır hücumlar həyata keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm