Amerikalı ekspert: “Ukrayna artıq uduzub”
Bizi izləyin

Dünya

Amerikalı ekspert: “Ukrayna artıq uduzub”

ABŞ Senatında Ukrayna ilə bağlı "Azadlığa Dəstək" Aktı hazırda müzakirə mərhələsindədir.

Publika.az “slon.ru” saytına istinadən verdiyi məlumata görə, sənəd Ukraynaya silah, hərbi təchizat və avadanlıqların çatdırılmasını nəzərdə tutur.

Vudro Vilson Mərkəzi yanında Kennana İnstitutunun elmi işçisi, ictimai-dövlət siyasəti məsələləri üzrə ekspert Maykl Kofman belə bir sənədin qəbul olunmasının əleyhinədir. Onun fikrincə, Ukraynaya silah göndərmək ABŞ üçün dəhşətli ideyadır. Ekspert bunun yalnız Rusiya ilə ciddi münaqişəyə gətirib çıxarmayacağını, həm də Ukraynanın özün üçün dağıdıcı olacağı qənaətindədir.

M.Kofman fikrini bu şəkildə əsaslandırır: “Birincisi, Ukraynaya silah göndərmək artıq çox gecdir. Kiyev artıq sentyabrda şərq regionları üçün apardığı mübarizəni uduzub və Donbas hövzəsi üzərində hakimiyyətini bərpa etmək Ukraynanın gücü çatan iş deyil. İkincisi, Ukrayna ordusu yeni silahlardan istifadə etməyi bacarmır. Ordunun islahatlara, müasirləşməyə, Qərb texnikasından istifadə etmək üçün texniki biliklərə və döyüş hazırlığına ehtiyacı var. Əks halda, çatdırılan silahlar faydasız olacaq. Üçüncüsü, Vaşinqton Ukraynaya verəcəyi silahların “Dnepr" və “Azov” batalyonlarının əllərinə düşməyəcəyinə zəmanət varmı? Və silahların rusmeylli separatçılara çatıb-çatmayacağı da məlum deyil. Nəhayət, Kiyevə silah təklif etmək o deməkdir ki, Ukraynanın müharibədə niyə uduzduğunu anlamayıblar. Ukraynada silahlar kifayət qədər var idi və ordu separatçıları sıxışdırırdı. Rusiyanın müharibəyə açıq qarışmasından sonra hər şey dəyişdi”.

Amerikalı ekspert hesab edir ki, Ukraynanın şərqdə qələbə qazanmasına ümid yoxdur: “Rusiya çətin ki yeni Ukrayna hökumətinə öz layihələri üzərində hərbi qələbə qazanmasına icazə verəcək. Xüsusilə də, öz ölkəsi daxilində auditoriyaya çoxlu siyasi kapital xərclədikdəın sonra. Ukrayna ölkənin şərqində bir neçə ay hərbi kampaniyanı keçirirdi və regionu dağıtmaqla əhalinin əhəmiyyətli hissəsinin Kiyev hakimiyyətinə qarşı köklənməsinə səbəb oldu. Əgər barışıqdan sonra Şərqi Ukraynanın xəritəsinə diqqət yetirsək görərik ki, Ukrayna ordusu və separatçılar arasındakı bölücü xətt mütləq hansısa rusmeylli sistemin yaranmasına gətirib çıxaracaq. Ukrayna və separatçılar atəşkəs rejiminə əməl edib-etməyəcəyi hələlik məlum deyil. Amma artıq tamamilə aydındır ki, münaqişənin gedişatında Vladimir Putin qələbə qazandı”.

Amerikalı ekspertin sözlərinə görə, Ukraynaya silah vermək əvəzinə ona pul vermək və iqtisadiyyatın inkişafına kömək göstərmək daha doğru addım olardı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm