Boko Haram Ali Baş Qərargah rəisinin evinə basqın etdi
Bizi izləyin

Dünya

Boko Haram Ali Baş Qərargah rəisinin evinə basqın etdi

Boko Haram terror təşkilatı Nigeriya Ali Baş Qərargah rəisi Aleks Badehin evinin olduğu Vimtim kəndini ələ keçirib.

Publika.az xəbər verir ki, Boko Haramın hücumlarından dolayı Vitmindən qaçan məktəb müəllimi Yvonne Adamu verdiyi açıqlamada, “Boko Haram, Mubini ələ keçirtdikdən sonra 30 oktyabr tarixində Vitmini də tutdu. Birbaşa Ali Baş Qərargah rəisinin evinə basqın edib” deyib.

Adamu, “demək olar ki, kənddə heç kim qalmayıb. Vitmindən 15 kilometr uzaqlıqdakı Mubi qəsəbəsinin Boko Haram üzvləri tərəfindən ələ keçirildiyini eşidən hər kəs kəndi tərk edib” deyə qeyd edib.

Boko Haramın son işğalları ilə bağlı açıqlama verən polis məmuru, əsgərlərin də Mubi və ətraf qəsəbələrdən geri çəkildiyini, çünki, Boko Haram üzvlərini yox eləmək üçün hava hücumları təşkil ediləcəyini bildirib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm